4077 nəfər virusa yoluxub, 43 nəfər ölüb

4077 nəfər virusa yoluxub, 43 nəfər ölüb

16-12-2020 15:22 / Bu xəbər 587 dəfə oxundu

Operativ Qərargah: "Azərbaycanda indiyədək 187 min 336 nəfər virusa yoluxub"

Dekabrın 16-da Azərbaycanda 43 xəstə yeni koronavirusdan ölüb.

4077 adam infeksiyaya yoluxuyb, 3854 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 187 min 336 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 122 min 859 nəfər müalicə olunaraq sağalıb, 2050 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 62427 nəfərdir”.

O cümlədən, ötən müddətdə 1 milyon 998 min 577 testin aparıldığı xatırlanıb: "Bugünkü test sayı isə 17998-dir”.