5 min 775 hərbçi Laçının azad olunmasına görə təltif edildi

5 min 775 hərbçi Laçının azad olunmasına görə təltif edildi

29-12-2020 21:18 / Bu xəbər 682 dəfə oxundu

Azərbaycan prezidenti 5 min 775 hərbçini "Laçının azad olunmasına görə” medalı ilə təltif edib. 

Onların 180 nəfəri ölümündən sonra medala layiq görülüb. D

övlət başçısı İlham Əliyevin imzaladığı sərəncamda 5 polkovnikin, 39 polkovnik-leytenantın və yüzlərlə müxtəlif rütbəli hərbçinin adı qeyd olunub.

Noyabrın 30-da Azərbaycan ordusu Laçın rayonuna daxil olub.