50 nəfərlik toylarda da COVİD-19 pasportu tələb olunacaq
28-08-2021 16:11 / Bu xəbər 1734 dəfə oxundu
Hökumət şənlik mərasimləri ilə bağlı qaydalara dəyişiklik edib.
"Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara görə, 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də COVID-19 pasportu tələb olunacaq.
Qərar bu il sentyabrın 1-dən qüvvəyə minəcək.
150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərindəki bütün tələblər 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də tətbiq ediləcək.
İndiyədək 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində COVİD-19 pasportu tələb olunmurdu, sadəcə, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi.












