6 siyasi məhbusu azad etdi - Lukaşenkoya qarşı sanksiya ləğv edildi

6 siyasi məhbusu azad etdi - Lukaşenkoya qarşı sanksiya ləğv edildi

09-10-2015 15:31 / Bu xəbər 1110 dəfə oxundu

Avropa İttifaqı Belarusa qarşı tətbiq edilən sanksiyaları ləğv edir.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Reuters diplomatik mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, həmçinin, prezident Aleksandr Lukaşenkoya qarşı tətbiq edilən sanksiyaların da ləğvi nəzərdə tutulub. Avropa İttifaqının bu qərarı oktyabrın 12-dən, üç həftə davam edən çətin danışıqlardan sonra qəbul edilə bilər. 

Qərarın qəbul edilməsinə təsir göstərən müsbət addımlar isə Belarus prezidentinin altı siyasi məhbusu azad etməsi və Ukrayna böhranı ilə bağlı aparılan dinc danışıqlarda göstərdiyi yardım olub.

Sanksiyaların hələ ki 4 ay ərzində dayandırılmasına qərar verilib.