76 saylı dairədə vəziyyət kritikdir: müşahidəçiləri döyürlər, sürüyürlər

76 saylı dairədə vəziyyət kritikdir: müşahidəçiləri döyürlər, sürüyürlər

09-02-2020 13:25 / Bu xəbər 3891 dəfə oxundu

76 saylı Lənkəran-Astara seçki dairəsində vəziyyət kritikdir. 

Bu barədə həmin dairədən namizəd Xalid Bağırov məlumat yayıb.

O, Arqument.Az-a bildirib ki, hazırda bəzi məntəqələrdə seçicilərlə komissiya üzvləri, həmçinin müşahidəçilər arasında əlbəyaxa dava gedir. 

Səhər saatlarında 30 saylı məntəqənin sədri məşvərətçi hüquqlu komissiya üzvü Kamran Məmmədlini döyüb. 

Bundan sonra müşahidəçi Jalə Bayramova da 16 saylı məntəqədə təzyiqlə üzləşib.

Onun saçından tutub sürüyüblər və fiziki zor tətbiq ediblər. 

Xalid Bağırov ATƏT-in Müşahidə Missiyasını da baş verənlərlə bağlı məlumatlandırıb.
 
Hazırda bütün inzibati resursun seçkiyə cəlb edildiyi bildirilir. İcra Hakimiyyəti və DSK Xalid Bağırovun rəqibi, vitse-spiker Ziyafət Əsgərov üçün çalışır.