81 yaşlı icra başçısının istefa ərizəsi yazdığı bildirilir

81 yaşlı icra başçısının istefa ərizəsi yazdığı bildirilir

30-10-2019 21:43 / Bu xəbər 1156 dəfə oxundu

Bir sıra yaşlı məmurların istefa verməsindən sonra bəzi icra başçıları da öz istəkləri ilə vəzifələrindən ayrılmaqla bağlı ərizə yazıblar.

Onlardan birinin Xaçmazın icra başçısı 81 yaşlı Şəmsəddin Xanbabayevin olduğu bildirilir. 

Bu barədə "Qafqazinfo" xəbər yayıb. 

Məlumata görə, icra başçısının istəyinin qəbul olunduğu və vəzifəsindən azad olunacağı ilə bağlı sərəncamın yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Eyni zamanda, yaşı 70-i keçən digər  icra başçıları da prosesdən kənarda qalmayacaq.

Qeyd edək ki, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. 

O, 23 oktyabr 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıdır.