Ağ Evin mətbuat katibi: ABŞ Belarusa sanksiyaları yeniləyir

Ağ Evin mətbuat katibi: ABŞ Belarusa sanksiyaları yeniləyir

29-05-2021 15:54 / Bu xəbər 932 dəfə oxundu

ABŞ mayın 23-də "Ryanair” təyyarəsinin Minskə məcburi endirilməsini qınayır və Belarusa məxsus 9 dövlət müəssisəsinə qarşı sanksiyaları yeniləyir.

Bu fikirlər Ağ Evin mətbuat katibi Jen Psakin rəsmi açıqlamasında əskini tapıb ("currenttime").

O deyib ki, ABŞ Belarusla hava məkanının qarşılıqlı istifadəsinə dair müqavilənin icrasını dayandırıb.

Ağ Ev rəsmisi sanksiyaların iyunun 3-də qüvvəyə minəcəyini deyib, həmçinin əlavə edib ki, təyyarənin zorla yerə endirləməsi və sonradan jurnalist Roman

Protaseviçin saxlanılması demokratiya və insan haqları, beynalxalq normaların pozulmasıdır.

Mayın 28-də ABŞ Federal Aviasiya Administrasiyası(FAA) pilotlara Belarus hava məkanında son dərəcə ehtiyatla davranmağı, eyni zamanda, ABŞ vətəndaşlarına Minskə səyahət etməməyi tövsiyə edib.

"Bu tədbirləri tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə rejimi hərəkətlərinə görə cavabdeh etmək və Belarus xalqının ümidlərinə sadiq qaldığımızı nümayiş etdirmək üçün edirik",- deyə tövsiyədə qeyd olunub.