Ağam şəhərim! - Qulu Ağsəsdən Ağdam şeiri

Ağam şəhərim! - Qulu Ağsəsdən Ağdam şeiri

24-11-2020 14:43 / Bu xəbər 1461 dəfə oxundu

"Sən öl"ü, "sağ ol"u bəlli
yaranandan üzü bəri
yasında yasin oxunan
toyunda tüfəng atılan -
şəhərim!

Dünyanı bazara çıxaran
dünya bazarında satılan -
şəhərim!

Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!

Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun...

Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!

Şükür külünə,
şükür qayıdış gününə!

Sevincdən ağlımız çaşıb
yüz min dəliynən gəlirik.
Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna -
Uzundərəynən gəlirik!..

Mənbə: kulis.az