Abel Məhərrəmov məhkəməyə verildi

Abel Məhərrəmov məhkəməyə verildi

19-04-2021 16:33 / Bu xəbər 1921 dəfə oxundu

Aprelin 19-da saat 15:00-da Yasamal Rayon Məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov və Bakı Dövlət Universitetinin keçmiş prorektoru Nəbi Ramazanlıya qarşı  mülki iddia ilə bağlı hazırlıq iclası olacaq.  

İddiaçı İsmixan Mirzəyevdir.

Elekron məhkəmə portalında mülki iddianın predmeti kimi öhdəliklər üzrə mübahisə göstərilir.

"Neçə illərdir mebel işlərini görmüşük, lakin indiyədək pulumuzu ala bilmirik”, - iddiaçı tərəf bildirib ("Turan").