ABŞ Bakı ilə İrəvan arasında danışıqlara dair: "Bir neçə həll olunmamış məsələ qalır"
27-09-2024 19:17 / Bu xəbər 615 dəfə oxundu
Amerika Birləşmiş Ştatlar cümə günü bildirib ki, Azərbaycan və Ermənistan Bakıda keçiriləcək BMT-nin iqlim konfransı COP29 ərəfəsində sülh razılaşmasına nail ola biləcəklərinə ümid edir.
"Dünənki görüş COP29 ərəfəsində yerdə qalan problemlərin necə aradan qaldıra biləcəyimizlə bağlı idi. Biz görürük ki, iki tərəfin bir araya gəlməsi və sülhə nail olmaq üçün yeni yanaşma nümayiş etdirmək üçün potensial var”, - deyə dövlət katibinin siyasət məsələləri üzrə baş müşaviri Tom Sallivan Nyu-Yorkda keçirdiyi brifinqdə "Turan"ın müxbirinin sualını cavablandırarkən bildirib.
Dövlət katibi Entoni Blinkenin həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dünən keçirdiyi üçtərəfli görüşdə iştirak edən Dövlət Departamentinin müşaviri Sallivan deyib ki, hər iki tərəf "son dövrdə sülh sazişinin bir sıra spesifik elementləri üzrə əhəmiyyətli irəliləyiş əldə edib".
"Bir neçə həll olunmamış problem var idi... Biz dünən razılaşdıq ki, həlli vacib olan problemlərin mümkün həll yollarını axtarmağa davam edəcəyik”, - o, "Turan"a bildirib.
"Komandalar yaxın günlərdə və həftələrdə işləməyə davam edəcək ki, iki ölkəni sülh razılaşmasını yekunlaşdıra biləcəyi bir nöqtəyə çatdırsinlar", - o qeyd edib.