ABŞ Belarus məmurlarına viza qadağası qoydu

ABŞ Belarus məmurlarına viza qadağası qoydu

19-02-2021 13:48 / Bu xəbər 1899 dəfə oxundu

Birləşmiş Ştatlar "Belsat" telekanalının 2 jurnalistinin həbs olunması, həmçinin jurnalistlərin və hüquq müdafiəçilərinin təqib olunması ilə əlaqədar olaraq Belarus hökumətinə yeni sanksiyalar tətbiq edib. 

Bu barədə yerli vaxtla fevralın 18-də ABŞ Dövlət Departamenti məlumat yayıb.

ABŞ-a səyahət etmək qadağası qoyulan şəxslərin adları açıqlanmayıb. Amma onların ədliyyə və hüquq mühafizə sferasının əməkdaşları olduqları bildirilir. 

Bundan əvvəl analoji sanksiyalar 66 belarus məmuruna tətbiq edilmişdi.///toplum.tv