ABŞ BMT İnsan hüquqları şurasına qayıtdı

ABŞ BMT İnsan hüquqları şurasına qayıtdı

16-10-2021 00:54 / Bu xəbər 804 dəfə oxundu

BMT Baş Assambleyası səs çoxluğu ilə ABŞ-ın BMT İnsan hüquqları şurasına qayıtmasına səs verib.
 
"Radio Svoboda” xəbər verir ki, Birləşmiş Ştatlar şuranın yeni tərkibinə qəbul edilməsi barədə fevralın 24-də müraciət etmişdi. 

"Biz BMT-nin bütün üzv dövlətlərindən Şuraya qayıtmaq cəhdimizi dəstəkləməyi acizanə xahiş edirik”, - deyə o zaman dövlət katibi Entoni Blinken demişdi.
 
Bununla belə qeyd olunub ki, Co Bayden administrasiyası Donald Tramp administrasiyasının şuranı 2018-ci ildə tərk edərkən səsləndirdiyi tənqidləri qismən bölüşür.
 
BMT İnsan hüquqları şurası Baş Assambleya tərəfindən seçilən 47 üzv-dövlətdən ibarətdir. 

Hər bir üzvün səlahiyyət müddəti 3 ildir və heç biri iki müddətdən artıq seçilə bilməz.
 
Şurada yerlər regionlar üzrə bölüşülür. 

13 yer Afrika üçün, 13 yer Asiya üçün, 6 yer Şərqi Avropa üçün, 8 yer Latın Amerikası və Karib hövzəsi ölkələri üçün, 7 yer isə Qərbi Avropa və başqa ölkələr üçün (ABŞ, Kanada və İsrail də daxil) nəzərdə tutulur.14:43