ABŞ-da koronavirusdan ölənlərin sayı 40 mini keçdi

ABŞ-da koronavirusdan ölənlərin sayı 40 mini keçdi

19-04-2020 23:30 / Bu xəbər 1037 dəfə oxundu

ABŞ-da pandemiya qurbanlarının sayı yenidən artıb.

"Report”un məlumatına görə, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin məlumatlarına görə, COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 742 442 nəfərə çatıb. Koronavirus daşıyıcısı olan 40 585 nəfər dünyasını dəyişib.