ABŞ-dan Qarabağa humanitar yardımla bağlı çağırış
27-09-2023 10:57 / Bu xəbər 884 dəfə oxundu
ABŞ yenidən Qarabağda "bütün ehtiyacı olanlar üçün” humanitar yardımın davam etdirilməsinə çağırış edib.
Bununla bağlı ABŞ Milli Təhlükəsizlik Şuranın sözçüsü Adrienne Uotson açıqlama verib.
Bu barədə "Turan"ın Vaşinqton müxbiri məlumat verib.
"Dağlıq Qarabağda yanacaq anbarında baş vermiş partlayış nəticəsində ən azı 68 nəfərin həlak olması və yüzlərlə insanın yaralanmasından kədərlənir və Dağlıq Qarabağ sakinlərinə, hadisədən əziyyət çəkənlərin hamısına dərin hüznlə başsağlığı veririk”, - deyə Uotson bildirib.
O qeyd edib ki, Birləşmiş Ştatlar böhrandan zərər çəkənlərə dəstəyini davam etdirəcək.
Uotson artıq 28 min insanın Qarabağdan Ermənistana getdiyini deyib:
"USAİD-in rəhbəri oradadır və bu gün Birləşmiş Ştatlar səhiyyə və digər fövqəladə ehtiyacların həlli üçün yerli icmalara Dağlıq Qarabağda zorakılıqdan zərər çəkmiş köçkünlər üçün sığınacaq və ləvazimatlarla təmin olunmasında kömək edir".