ABŞ-dan Türkiyəyə sanksiya xəbərdarlığı

ABŞ-dan Türkiyəyə sanksiya xəbərdarlığı

07-08-2024 14:09 / Bu xəbər 913 dəfə oxundu

ABŞ Türkiyəyə Moskvanın silah istehsalı üçün istifadə edə biləcəyi Amerika avadanlıqlarını tədarük etdiyinə görə xəbərdarlıq edib.

Bunu ABŞ ticarət nazirinin köməkçisi Metyu Akselrod "Financial Times” qəzetinə bildirib.

O, "qanunsuz ticarətin dayandırılması səyləri çərçivəsində” Ankara və İstanbulda Türkiyə rəsmiləri ilə görüşdüyünü deyib.

Nazir Türkiyədən ABŞ-da istehsal olunan yarımkeçirici çiplərin və digər avadanlıqların ixracına daha güclü nəzarətin həyata keçirilməsini istəyib. Əks halda, saknksiya risklərinin olduğunu da ifadə edib. 

"Türkiyə bizə Amerika texnologiyasının Rusiyaya qanunsuz axınının qarşısını almağa kömək etməlidir. Biz Türkiyə hakimiyyət orqanlarından və sənayesindən sürətlə irəliləyiş görməliyik, əks halda bizim ixrac nəzarətimizdən yayınanlara sanksiya tətbiq etməkdən başqa çarəmiz qalmayacaq”, - Akselrod bildirib.