ABŞ Ermənistan-Azərbaycan sərhədi üçün yardım təklif edir

ABŞ Ermənistan-Azərbaycan sərhədi üçün yardım təklif edir

25-05-2022 12:37 / Bu xəbər 1184 dəfə oxundu

Rəsmi Vaşinqton Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və demarkasiyasına yardım etmək təklifini təkrar edib.

"News.am” məlumat verir ki, Dövlət katibi Entoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı müzakirə olunub.

Dövlət Departamentinin yaydığı məlumatda deyilirdi ki, dövlət katibi Blinken "sərhədlərin delimitasiyasına və demarkasiyasına ABŞ-ın yardımını təklif edib və regional nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında irəliləyiş əldə etməyə çağırıb".

Blinken həmçinin Cənubi Qafqazdakı problemlərin həlli üçün ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və ABŞ-ın prezident Əliyev və baş nazir Paşinyan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini təsdiq edib.

Dövlət katibi Blinken həmçinin ABŞ-ın "ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistanın və Azərbaycanın uzunmüddətli hərtərəfli sülh əldə etməsinə kömək etməyə" hazır olduğunu təsdiq edib, deyə Dövlət Departamentinin məlumatında bildirilir.

Blinken həmçinin regionda və ümumilikdə sülhü, sabitliyi və tərəqqini təmin etmək üçün Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasının əhəmiyyətini qeyd edib.