ABŞ Ermənistan demokratiyasına 400 min dollar ayırır

ABŞ Ermənistan demokratiyasına 400 min dollar ayırır

29-12-2021 12:41 / Bu xəbər 715 dəfə oxundu

Ermənistandakı ABŞ səfirliyi ölkədə demokratiyanın inkişafı yolunda təkliflər üçün müsabiqə elan edib. 

"Sputnik Ermənistan” xəbər verir ki, proqramın ümumi maliyyələşməsi 400 min dollar təşkil edəcək. 

"Bu proqram Ermənistanda demokratiyanın inkişafına, insan hüquqlarının qorunmasına və vətəndaşlıq rolunun artırılmasına istiqamətlənən təşəbbüslərin dəstəklənməsi üçündür”, - sənəddə deyilir. 

Müstəqil KİV-lərin dəstəklənməsinə, "gənclərin vətəndaş iştirakına, siyasi müzakirələrə və ictimai məsuliyyətə artırılmasına”, eləcə də "internet azadlığının  möhkəmləndirilməsinə” dair təşəbbüslərə xüsusi diqqət ayrılacaq. 

Müsabiqədə iştirak üçün erməni QHT-lər, o cümlədən analitik mərkəzlər, vətəndaş cəmiyyəti təşkilatları, qeyri-dövlət təşkilatları, KİV orqanları ərizə verə bilərlər.

Qeyd olunur ki, maarifçilik üçün ərizələr yalnız o zaman nəzərdən keçiriləcəklər ki, "belə maarifçilik konkret ölçülə bilən nəticələrə nail olmağa imkan versin”.