ABŞ federal hökuməti fəaliyyətini dayandırıb

ABŞ federal hökuməti fəaliyyətini dayandırıb

21-01-2018 02:07 / Bu xəbər 2345 dəfə oxundu

Bu gün ABŞ Senatı büdcə layihəsini qəbul edə bilmədiyi üçün federal hökumət fəaliyyətini dayandırıb. 

Toplum.Tv xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi "facebook" səhifəsində məlumat yayıb.

Federal hökumətinin fəaliyyətinin rəsmi olaraq dayandırılması isə zəruri və təcili olmayan ictimai işcilərin ödənişsiz tətilə çıxarılması və bir çox dövlət proqramlarının müvəqqəti dayandırılması deməkdir. 

Məlumatda qeyd olunur ki, hakimiyyətdə olan Respublikaçılar Partiyası ilə Demokratlar Partiyası büdcə məsələlərində anlaşmadıqları üçün nazirliklər və qurumlar fəaliyyətini dayandırıblar. 

ABŞ Nümayəndələr Palatası, federal hökumətin 16 fevrala qədər maliyələşdirəcəyini nəzərdə tutan layihəyə səs vermişdi. Bu layihənin qüvvəyə minməsi üçün Senatda 60 səs leyhinə olmalı idi. Lakin nəticə 60 səsdən az oldu. Beləcə ABŞ tarixində ilk dəfə həm Nümayəndələr Palatası, həm Senat həm də Ağ Evdə eyni partiyanın vacib olduğu dövrdə federal hökumət fəaliyyəti dayandırıldı.

ABŞ-ın Azərbaycandakı Səfirliyi hökumət fəaliyyətini bərpa edənə qədər "facebook" üzərindən heç bir paylaşım etməyəcəyini də elan edib. 

ABŞ hökuməti fəaliyyətini son dəfə 2013-cü ildə dayandırıb. Barak Obamanın prezidentliyi dövründə 2013-cü ildə hökumət 16 gün fəaliyyətini dayandırmış və heç bir ictimai idarə işləməmişdi.