ABŞ-Çin hərbi əməkdaşlığı başladı – Rusiya ofsaytda

ABŞ-Çin hərbi əməkdaşlığı başladı   – Rusiya ofsaytda

12-01-2014 16:06 / Bu xəbər 1017 dəfə oxundu

Çin və ABŞ münasibətlərdə əhəmiyyətli irəliləyiş əldə ediblər.

Bu barədə məlumatı “Val strit jurnal” (The Wall Street Journal) yayıb.

Məlumatda Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində bir araya gələn Çin Xalq Respublikasının sədri Si Tsinpin və ABŞ Prezidenti Barak Obama yeni müqavilələrin imzalanması barədə razılığa gəldiyi deyilir:

 “Si və Obama Asiyada hərbi qarşıdurmanın qarşısını almaq üçün iki yeni razılaşma əldə edib. Müqavilə Çin-ABŞ strateji etimadının artırılması üçün mühüm əhəmiyyətə malikdir və hərbi münasibətlərin yeni növünü qurmağa kömək edəcək”.

 Qeyd edək ki, hərbi ekspertlər bu razılaşmanın Rusiya üçün böyük zərbə olduğunu qeyd ediblər.(Axar.az)

Arqument.az