ABŞ-ın raket daşıyan 4-cü nəsil hərbi gəmisi Qara dənizə daxil olub
23-01-2021 23:59 / Bu xəbər 905 dəfə oxundu
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus mina və raket daşıyan 4-cü nəsil silahlanmaya məxsus "Donald Kuk” (Donald Cook DDG-75) hərbi gəmisi Qara dənizə daxil olub.
Xəbəri RİA "Novosti” yayıb.
Bildirilir ki, Rusiya Hərbi Dəniz Donanması ABŞ-a məxsus gəmini izləyir.
Donald Kuk (DDG-75) hərbi gəmisinin əsas silahı 2500 kilometr uçuş qabiliyyətli, nüvə başlığı daşıya bilən qanadlı raketlərdir.
Döyüş qabiliyyətindən və vəziyyətdən asılı olaraq gəmiyə 56 və ya 96 belə raket yerləşdirmək mümkündür.












