ABŞ İrana qarşı sanksiyaları gizlincə yumşaldıbmış
25-08-2023 23:16 / Bu xəbər 881 dəfə oxundu
ABŞ İranın neft ixracına qoyulan məhdudiyyətləri yumşaldaraq, Çinə tədarükünü artırmağa imkan verib.
Vaşinqton neft və benzin qiymətlərini məhdudlaşdırmağa çalışsa da, Tehranla "neft yumşalması” ona Rusiya ilə daha fəal rəqabət aparmağa imkan verir və onun Asiyaya tədarükünü zəiflədir.
Xəbəri "Bloomberg" yayıb.
Co Bayden administrasiyası və İran rəhbərliyi son aylarda fəal danışıqlar aparıb.
Bunun sayəsində həbs edilmiş insanların mümkün mübadiləsi və Cənubi Koreyada İranın 6 milyard dollarlıq neft dollarının sərbəst buraxılması ilə bağlı ilkin razılaşmalar əldə edilib.
Tehran isə, bəzi məlumatlara görə, uranın zənginləşdirilməsi üzrə işləri ləngidib.
ABŞ rəsmiləri Donald Trampın beş il əvvəl İrana qarşı tətbiq etdiyi bəzi sanksiyalar üzərində nəzarəti tədricən yumşaltdıqlarını bildiriblər.
Nəticədə ölkənin neft hasilatı Trampın sanksiyalarından sonra ən yüksək səviyyəyə, Çinə ixrac isə son on ildə ən yüksək səviyyəyə yüksəlib.
Kpler-ə görə Çinə neft tədarükü gündə 1,5 milyona barrelə yüksəlib.
Tankerlərin hərəkətini izləyən başqa bir şirkət "TankerTrackers.com"a görə, bu ilin əvvəlki aylarında 1,1-1,5 milyon olduğu halda, iyulda neftin tədarükü hətta 2 milyon barrelə çatıb.
Nizami Bağırov