ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

12-12-2019 00:51 / Bu xəbər 564 dəfə oxundu

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

"Sputnik”in verdiyi xəbərə görə, ABŞ xəzinədarlığı İranın 2 gəmisinə, 5 hüquqi və 1 fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın İrana qarşı sanksiya əsaslı tədbirlərini davam etdirəcəyini bildirib. 

O, sanksiya tətbiq olunan qurumların "Mahan Air" də daxil olmaqla, İranın nəqliyyat şirkətləri olduğunu qeyd edib.

Sanksiyaların tətbiq edilməsinə səbəb kimi, həmin qurumların kütləvi qırğın silahlarının yayılmasında rolunun olması göstərilib.