ABŞ kəşfiyyatı: Putin Ukraynanın böyük hissəsini tutmaq istəyir

ABŞ kəşfiyyatı: Putin Ukraynanın böyük hissəsini tutmaq istəyir

30-06-2022 11:54 / Bu xəbər 735 dəfə oxundu

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın çox hissəsini tutmaq planından hələ də vaz keçməyib.

Bu fikri iyunun 29-da ABŞ Milli kəşfiyyatının rəhbəri Evril Heyns səsləndirib.

"Biz hələ də o vəziyyətdəyik ki, Putinə baxarkən onun elə əvvəlki [Ukraynaya təcavüzün başlanğıcında] siyasi məqsədlərinin olduğunu görürük”, - Heyns ABŞ Ticarət Nazirliyindəki konfransda deyib. 

Onun sözlərinə görə, Amerika kəşfiyyatının hadisələrin sonrakı inkişafı ilə bağlı üç əsas ssenarisi mövcuddur. 

Daha çox ehtimal olunan – uzunmüddətli konflikt ssenarisidir, bu zaman Rusiya strateji hədəflərə deyil, xırda uğurlara nail ola bilər. 

İki digər ssenari - Rusiya tərəfindən böyük uğurlar, ya da cəbhənin sabitləşməsi və Ukraynanın müəyyən uğurları, məsələn cənub istiqamətində. 

"Əgər qısa desək, vəziyyət yetərincə mürəkkəbdir”, - kəşfiyyat rəisi deyib.

"Putin müharibəyə başlayarkən məqsədinin Donbasdakı separatçı respublikaların müdafiəsi, Ukraynanın denasifikasiyası və demilitarizasiyası olduğunu deyirdi. Bu məqsədlərini Rusiya rəhbərliyi nə dəyişdirib, nə dəqiqləşdirib. Bu zaman onların konkret hansı məzmun daşıdığı – məsələn, söhbətin Ukraynanın bütün ərazisini tutub-tutmamaqdan getməsi aydın deyil. Onu da demək lazımdır, "demilitarizasiya” və "denasifikasiya” sözləri Rusiya rəsmi şəsxlərinin dilində bir müddətdir ki, səslənmir", - deyə o bildirib.