ABŞ Qara dənizə patrul gəmisini göndərdi

ABŞ Qara dənizə patrul gəmisini göndərdi

27-04-2021 18:25 / Bu xəbər 3177 dəfə oxundu

ABŞ sahil mühafizəsinin patrul gəmisi "Hamilton" Qara dənizə göndərilib. 

Bu barədə aprelin 27-də Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin 6-cı donanması "Tvitter" hesabında məlumat yayıb.  

Bildirilib ki, gəmi Qara dənizdə "NATO-dakı müttəfiqlərlə və partnyorlarla birgə fəaliyyət göstərəcək".

Pentaqon bundan əvvəlki açıqlamasında xəbər vermişdi ki, belə görünür, Rusiya hərbi qüvvələrinin bir qismi geri çəkilib, amma təhlükə hələ də qalır. 

"Biz müəyyən sayda qüvvələrin Ukrayna sərhədlərindən geri çəkildiyini görmüşük", - qurumun mətbuat katibi Con Kirbi açıqlamasında deyib və əlavə edib ki, "amerikalı hərbçilər baş verənləri diqqətlə müşahidə edirlər".