ABŞ rusiyalı diplomatları ölkədən xaric edə bilər

ABŞ rusiyalı diplomatları ölkədən xaric edə bilər

08-04-2021 22:19 / Bu xəbər 2369 dəfə oxundu

Yarım ay ərzində rublun məzənnəsinin çalxalanmasına səbəb olan sanskiya ritorikası bir şeyi konkret olaraq göstərir: Co Bayden administrasiyası Rusiyanın ehtimal edilən naqis fəaliyyətlərinin öyrənilməsi prosesini tamamlayıb və bu naqisliklərə cavab olaraq qısa müddətdə yeni sanksiyalar elan oluna bilər. 

Bu barədə aprelin 8-də "Blumberq"in mənbələri xəbər verib. 

Görüləcək mümkün tədbirlərə rus diplomatlarının ölkədən xaric edilməsi və Putinin ətrafına qarşı məhdudiyyətlərin tətbiqi, həmçinin danışıqların dayandırılması aid ola bilər. Bildirilib ki, ən taleyüklü sanksiyalar barədə biz hər bir halda iyunun əvvəlində öyrənəcəyik. 

Sanksiyaların səbəbləri barədə artıq çoxdan informasiyalar var. Bunlar barədə prezident Bayden hələ yanvarın 21-də prezident kimi ilk iş günündə məlumat vermiş və Rusiyanın fəaliyyətini dörd istiqamətdə təhlil edilməsini tapşırmışdı. Bunlara Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi, Aleksey Navalnının zəhərlənməsi, Rusiyanın Əfqanıstanda ABŞ-a qarşı taliblərlə "razılığa" gəlməsi, həmçinin 2020-ci ilin dekabrında "SolarWinds" şirkəti vasitəsiylə Amerika dövlət orqanlarına təşkil olunan haker hücumları aid idi. 

Baydenin tapşırdığı hesabatı hazırladıqdan sonra Ağ Ev məmurları konkret tədbirləri müzakirə etmək üçün aprelin 7-də bir araya gəliblər. 

"Blumberq"in mənbəsinin açıqlamasına görə, böyük ehtimalla görüşdən sonra Putinin yaxın ətrafına və qurumlara konkret sanksiyalar tətbiq olunacaq. 

Məsələ ilə əlaqədar olaraq, Kremlin mətbuat xidməti də açıqlama verib. 

Vlladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiyanın ABŞ-la münasibətlərdə ən pis ssenariyə belə hazır olduğunu bəyan edib. 

"Amerika tərəfinin düşmənçilik və proqnozlaşdırıla bilinməyən fəaliyyəti bütövlükdə bizi ən pis ssenarilərə hazır olmağa vadar edir. Yəni, sizin olduqca aqressiv həmsöhbətiniz olanda, təbii ki, siz hər zaman hazırlıqlı vəziyyətdə olursunuz”, - deyə Peskov vurğulayıb.