ABŞ Rusiyanı ittiham etdi

ABŞ Rusiyanı ittiham etdi

25-01-2015 14:32 / Bu xəbər 904 dəfə oxundu

ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanı sərt şəkildə ittiham edib və Moskvanı Ukrayna münaqişəsində iştirakı barədə yalan danışmaqda günahlandırıb. 

ANS PRESS-in məlumatına görə, C.Kerri Vaşinqtonda Senatın Alt komitəsində çıxışında deyib ki, rusiyalılar Ukraynadakı seperatçı hərəkətləri barədə yanlış təqdimat verməklə yalan danışır."

ABŞ senatoru Lindsey Qraham da dövlət katibi ilə razılaşaraq bildirib ki, Rusiya Ukraynada əsgər və silahı olmadığını deməklə yalan danışır. Digər senatorlar da bu fikirlə razılaşıblar.

Xatırladaq ki, Moskva Ukraynanın şərqində separatçıları dəstəkləmədiyini deyir. 

Bu münaqişədə azı 5600 nəfər ölüb. ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyalar barədə müzakirə aparır.

Arqument.Az