ABŞ Rusiyanın təsirinə qarşı 290 milyon dollar ayırdı

ABŞ Rusiyanın təsirinə qarşı 290 milyon dollar ayırdı

28-12-2020 17:45 / Bu xəbər 506 dəfə oxundu

ABŞ hökuməti 2021-ci ildə Rusiyanın təsirinə qarşı mübarizə üçün ayrılacaq məbləği açıqlayıb. 

CNN dekabrın 28-də xəbər verib ki, müvafiq informasiya hökumətin işinin maliyyələşdirilməsi haqqında sənəddə əks olunub. 

Sənəd ölkə prezidenti Donald Tramp tərəfindən təsdiqlənib. 

Təşəbbüsə uyğun olaraq, Vaşinqton 290 milyon dolları Rusiya təsirinə və onun "bütün dünyada demokratik institutlara qarşı etimadsızlıq yaratmaq cəhdlərinə” qarşı müavimətə yönəldəcək. 

Sənəddə Rusiyanın strateji hədəflərinə çatmasına yardımçı ola biləcək və ABŞ-ın milli təhlükəsizlik maraqlarına təhlükə yaradan fəaliyyətinin maliyyələşdirilməsinə qadağa da nəzərdə tutulur.

Sənəddə eləcə də Çinin, Çin Kommunist partiyasının və "onların adından çıxış edən istənilən təşkilatın” təsirinə qarşı mübarizə üçün 300 milyon dolların ayrılması nəzərdə tutulur.

Bundan əlavə, büdcədə Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrində "hüquq-mühafizə orqanlarının və təhlükəsizlik qüvvələrinin potensialının gücləndirilməsi” proqramına sərf olunacaq vəsaitlər haqqında maddə var. 

Bu layihə çərçivəsində ABŞ-ın şərq tərəfdaşlarının alacaqları pul vəsaitinin bir hissəsi onların Rusiyanın siyasi təzyiqi qarşısında həssaslıqlarını azaltmağa xidmət edəcək.(toplum.tv)