ABŞ Rusiyanın hərbi şirkətlərinə sanksiya tətbiq etdi
02-09-2015 10:52 / Bu xəbər 1068 dəfə oxundu
ABŞ nüvə silahsızlanması müqaviləsinin şərtlərini pozaraq İran, Şimali Koreya və Suriya ilə əməkdaşlıq edən Rusiyanın 5 müdafiə şirkətinə qarşı sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, Tula Cihazqayırma Layihə Bürosu, Novosibirskdəki "Katod” gecə görmə cihazları şirkəti, "Maşınqayırma Elmi-İstehsalat Birliyi”, "Rosoboroneksport” və "Miq” sanksiyalara məruz qalıb.
Sanksiyaya məruz qalan şirkətlərin siyahısı rəsmi "Federal Register” nəşrində yerləşdirilib.












