ABŞ "S-400" sistemini Rusiyaya qaytarmağı tələb edib, Ərdoğan imtina edib
26-10-2020 13:56 / Bu xəbər 1112 dəfə oxundu
Türkiyə "S-400" raket müdafiə sistemlərinin satın alınması üzrə Rusiya ilə bağladığı müqaviləni pozmaqdan imtina edib.
"İnterfaks"ın xəbərinə görə, bu barədə 25 oktyabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
"Biz Amerikanın "F-35" qırıcılarını almaq üçün addımlar atdıq, pul ödədik, ABŞ isə onları bizə vermədi, "S-400"-ləri Rusiyaya qaytarmağı tələb etdi. Biz vassal dövlət deyilik, biz Türkiyəyik. Amerikanın sanksiyalarından qorxmuruq" - Ərdoğan belə deyib.
Oktyabrın əvvəlində ABŞ Dövlət Departamentinin mətbuat katibi Mortan Ortequs "S-400" kompleksini almağın Türkiyə üçün sərt nəticəiləri olacağıyla bağlı xəbərdarlıq edib.
Oktyabrın 16-da Türkiyə kompleksinin ilk sınağını həyata keçirib.












