ABŞ Senatı Trampa bəraət verdi

ABŞ Senatı Trampa bəraət verdi

14-02-2021 11:44 / Bu xəbər 748 dəfə oxundu

ABŞ Senatı impiçmentə görə keçmiş prezident Donald Trampa bəraət verib. 

Bu barədə TASS agentliyi xəbər verir. 

Xəbərdə bildirilir ki, Trampın impiçmenti ilə bağlı səsvermə artıq yekunlaşıb və yetərli səs toplanılmayıb. Belə ki, Trampı impiçment etmək üçün ən az 67 səs tələb olunur. Amma impiçmentin lehinə 57 senator, əleyhinə isə 43-ü səs verib. 

Demokratların nəzarətində olan ABŞ Nümayəndələr Palatası yanvarın 13-də Trampı "qiyam təşəbbüsü"ndə ittiham edərək ona qarşı impiçment qərarının mətnini təsdiqləmişdi.  

Qərarda Trampın milli təhlükəsizlik, demokratiya və Konstitusiyaya təhdid olduğu bildirilirdi.  

Demokratlar Trampın ilk impiçmentinə 2019-cu ildə cəhd etmişdilər, lakin bu cəhd uğursuz olmuşdu. 

Tramp ABŞ tarixində ilk prezidentdir ki, iki dəfə impiçment proseduruna məruz qalır.

Yeni impiçment təşəbbüsü isə Tramp tərəfdarlarının yanvarın 6-da Vaşinqtonda Kapitoli binasına hücum etməsi ilə səbəbilə başladılıb. 

Trampın bu addımı isə Co Baydenin prezidentliyini əngəlləmək üçün son cəhd idi.