ABŞ Senatı yekdilliklə Putini müharibə cinayətkarı elan etdi

ABŞ Senatı yekdilliklə Putini müharibə cinayətkarı elan etdi

16-03-2022 17:17 / Bu xəbər 766 dəfə oxundu

Çərşənbə axşamı axşam keçirilən səsvermədə ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putini hərbi cinayətkar kimi pisləyən qətnamə qəbul edib. 

Senatorlar qətnaməni yekdilliklə dəstəkləyiblər.

"The Guardian” xəbər verir ki, qətnaməni respublikaçı senator Lindsi Qrem təqdim edib.

Səsvermədə iştirak edən Senatın bütün üzvləri - həm respublikaçılar, həm də demokratlar layihəni dəstəkləyiblər. 

Qətnamədə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi və digər ölkələrə çağırış edilir ki, Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olan zaman törətdiyi cinayətləri diqqətdə saxlasınlar.

Senatın Demokratlar Partiyasından olan lideri Çak Şumer səsvermədən əvvəl deyib: "Biz hamımız Parlamentin bu Palatasında – həm demokratlar, həm də respublikaçılar – Vladimir Putinin Ukrayna xalqına qarşı törətdiyi vəhşiliklərə görə məsuliyyət danışdığını demək üçün birləşmişik”.