ABŞ Senatında Cənubi Qafqazla bağlı dinləmələr olacaq

02-11-2022 00:43 / Bu xəbər 501 dəfə oxundu
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi noyabrın 16-da ABŞ-ın Cənubi Qafqazdakı siyasətini qiymətləndirmək üçün dinləmələr keçirəcək.
Bu barədə Senatın rəsmi saytında bildirilir.
Məlumata görə, tədbir noyabrın 16-da baş tutacaq.
Dinləmədə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və ABŞ Dövlət Departamentinin danışıqlar üzrə baş müşaviri Filip Riker çıxış edəcəklər.