ABŞ Süleymanini niyə öldürdüyünü açıqladı
04-01-2020 16:38 / Bu xəbər 1597 dəfə oxundu
ABŞ Milli Təhlükəsizlik müşaviri Robert O'Brayn iranlı general Qasım Süleymaninin öldürülməsində məqsədin daha çox qan tökülməsinin qarşısını almaq olduğunu bildirib.
RİA-nın xəbərinə görə, o bildirib ki, Süleymani ABŞ qoşunlarına hücüm planlaşdırmışdı: "ABŞ İrandan münaqişəni kəskinləşdirməkdənsə, danışıqlar üçün "düzgün yol” seçməsini gözləyir. Münaqişəni dərinləşdirmək yaxşı qərar olmayacaq”.

Bundan əvvəl Tramp ABŞ-n Süleymanini zərərsizləşdirməyi İranla müharibəni davam etmək yox, dayandırmaq üçün etdiyini bildirib.
Yanvarın 3-də Süleymanini əvəz edən İsmayıl Qaani ABŞ-ın Yaxın Şərqdəki vətəndaşlarını öldürəcəyini deyib: "Bir az səbirli olun, Orta Şərqdə amerikalıların cəsədlərini görəcəksiniz”.












