ABŞ Suriyada Türkiyə dronunu vurub

ABŞ Suriyada Türkiyə dronunu vurub

07-10-2023 02:50 / Bu xəbər 985 dəfə oxundu

ABŞ oktyabrın 5-də Suriya ərazisində Türkiyə silahlı qüvvələrinin döyüş dronunu vurduğunu açıqlayıb.

Pentaqonun məlumatında deyilir ki, dron Suriyada ABŞ hərbçilərinin bazası yaxınlığında vurulub.

"Reuters"  xəbər verir ki, bu, ABŞ-ın NATO müttəfiqi olan ölkənin uçan aparatını vurduğu ilk hadisədir. Lakin Türkiyə Müdafiə Nazirliyi bildirib ki, vurulan dron Türkiyə silahlı qüvvələrinə aid deyil.

Bununla belə nazirlik dronun kimə məxsus olduğunu açıqlamayıb.

Pentaqonun sözçüsü – briqada generalı Pet Rayder jurnalistlərə deyib ki, Türkiyə dronları oktyabrın 5-də Hasaka rayonunda zərbələr endirərkən müşahidə olunub.

Bu hadisə ABŞ hərbi bazasının 1 kilometrliyində baş verib.

Rayderin sözlərinə görə Türkiyə dronu bir neçə saatdan sonra ABŞ bazasının yarım kilometrliyində görünüb. 

Onun yaxınlaşması hədə kimi qiymətləndirilib və drona F-16 təyyarəsindən atəş açılıb.