ABŞ Suriyaya əsgər göndərir
16-01-2015 17:52 / Bu xəbər 1148 dəfə oxundu
Ağ Ev rəsmisi ABŞ-ın Suriyaya canlı qüvvə göndərmək qərarına gəldiyini açıqlayıb.
Avropa.info xəbər verir ki, Pentaqon ilkin mərhələdə 400 əsgər göndərəcəyi haqda məlumat yayıb.
Suriya və İraqa göndəriləcək olan əsgərlər ABŞ-ın “mülayim müxalifət” adlandırdığı silahlı qruplaşmalara təlim keçəcəklər.
İkinci mərhələdə də bir neçə yüz əsgər bölgədəki tapşırığın yerinə yetirilməsinə dəstək vermək üçün bölgəyə göndəriləcək.
ABŞ ilk növbədə Əsəd rejimi və onun tərəfdarlarına, həmçinin İŞİD qruplaşmasına qarşı vuruşan bölmələrə təlim keçəcək və onları silahla təmin edəcək.
Arqument.Az












