ABŞ təhlükəsizlik təminatı ilə bağlı Rusiyadan cavab alıb

ABŞ təhlükəsizlik təminatı ilə bağlı Rusiyadan cavab alıb

01-02-2022 14:01 / Bu xəbər 772 dəfə oxundu

ABŞ Dövlət Departamenti Ukrayna ətrafında gərginliyin azaldılması barədə təklifinə Rusiyadan yazılı cavab alıb. 

Bu haqda məlumatı "Vaşinqton Post" paylaşıb.

Dövlət Departamenti sənədin məzmununu açıqlamayıb, bildirilib ki, Birləşmiş Ştatlar onun publik müzakirəsini faydalı hesab etmir və buna görə də ictimailəşdirmək barədə qərarı Moskvanın öhdəsinə buraxır. 

Departamentin nümayəndəsi bildirib ki, ABŞ dialoq tərəfdarıdır və Ukrayna da daxil olmaqla öz müttəfiqləri və partnyorları ilə məsləhətləşmələri davam etdirəcək.

Rusiya öz cavabını XİN başçısı Sergey Lavrovun Dövlət katibi Entoni Blinkenlə telefona danışığı ərəfəsində göndərib. Danışıq bu gün baş tutmalıdır. 

Rusiyanın təhlükəsizlik təminatı üzrə tələblərində əsas maddə NATO-ya yeni üzvlərin qəbulunun dayandırılması idi. Bu tələblərə Vaşinqtonun ötən həftə verdiyi cavabda həmin tələb rədd edilib və Şimali Atlantika Alyansının yeni üzvlərin qəbulu üçün açıq olduğu bildirilib. Cavabda əks-təkliflər -  məsələn, strateji silahların ixtisarı barədə yeni müqavilə də yer alırdı.