ABŞ Türkiyəni Rusiyaya yardım etməməyə çağırdı - Sanksiya xəbərdarlığı
19-08-2023 01:23 / Bu xəbər 952 dəfə oxundu
ABŞ Türkiyəyə Rusiyaya Qərbin tətbiq etdiyi məhdudiyyətlərdən yan keçməsinə kömək etdiyi üçün sanksiyaların real riski barədə xəbərdarlıq edib.
Bu barədə "The Wall Street Journal” ABŞ rəsmilərinə və Qərb diplomatlarına istinadən yazır.
Bildirlir ki, sanksiyalara qoşulmayan və Kremllə əlaqələri davam etdirən Türkiyə Rusiya şirkətləri üçün ən böyük anti-sanksiya mərkəzlərindən birinə çevrilib və bu, ABŞ hakimiyyətini getdikcə narahat edir:
"Qadağan olunmuş ABŞ elektronikası Türkiyə vasitəsilə Rusiyaya çatdırılır, sanksiyalara məruz qalan, o cümlədən silah daşıyan Rusiya gəmiləri Türkiyə limanlarına daxil olur. Bundan başqa, Rusiyanın "kölgə donanması” Türkiyə üzərindən fəaliyyət göstərir və G7 ölkələrinin "qiymət tavanını” pozaraq Asiyadakı alıcılara neft nəql edir”.
Qərb diplomatı nəşrə bildirib ki, ABŞ Türkiyə hökuməti və özəl şirkətlərlə işləyir və onlara sanksiyaların çox real riskləri barədə xəbərdarlıq edib: "Bu məsələlərlə bağlı Türkiyə hökuməti ilə dialoqu davam etdiririk. Və biz səmimi şəkildə ümid edirik ki, türk şirkətinin sanksiyalara məruz qalacağı ssenariyə baş vurmayacağıq”.