ABŞ Ukraynaya yenidən HIMARS göndərəcək

ABŞ Ukraynaya yenidən HIMARS göndərəcək

08-09-2022 13:34 / Bu xəbər 934 dəfə oxundu

Amerika Birləşmiş Ştatları Ukraynanı HIMARS reaktiv buraxılış sistemləri üçün dəqiq idarə olunan döyüş sursatları ilə təmin etməyə davam edəcək.

Bunu Pentaqon rəhbərinin müavini Kolin Koul deyib.  

Xəbəri "Rosbalt"a yayıb. 

Kolin Koul bildirib ki, üstünlük daha çox GMLRS idarə olunan raketlərində olacaq: "Çünki ukraynalıların onlara, həqiqətən, ehtiyacı var".

Onun sözlərinə görə, Pentaqonun rəhbəri Lloyd Ostin cümə axşamı günü yeni hərbi yardım elan edə bilər. 

Almaniyadakı Ramşteyn aviabazasında o, onlarla ölkədən olan həmkarları ilə Ukraynada hərbi əməliyyatların gedişini, onun silah və sursata olan ehtiyaclarını müzakirə edəcək.

Daha əvvəl Pentaqon Ukraynanın silah tədarükü çərçivəsində ABŞ-ın avtomobil platformasına quraşdırdığı "Harpun” gəmi əleyhinə raketləri ("Harpoon”) aldığını bildirmişdi.