ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi

ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi

11-01-2025 02:18 / Bu xəbər 61 dəfə oxundu

ABŞ Azərbaycan əsilli rusiyalı iş adamı, LUKOİL şirkətinin keçmiş prezidenti, hazırki həmsahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova qarşı sanskiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində bildirilib.

ABŞ Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Rusiyanın 20-dən çoxneft sənayesi xidməti şirkəti ABŞ-nin sanksiyaları altına düşüb.

Yusif Ələkbərov LUKOİL şirkətinin səhmdarlarından biridir.