ABŞ “Vaqner”in Belarusa keçib-keçməyəcəyini, Kreml Priqojinin yerini bilmir
08-07-2023 12:48 / Bu xəbər 815 dəfə oxundu
Ağ Ev iddia edir ki, "Vaqner”in Rusiyadan Belarusa keçib-keçməyəcəyi sualı açıq qalır.
ABŞ prezidentinin köməkçisi Ceyk Sallivanın sözlərinə görə, Vaşinqton Belarus ərazisində potensial nüvə silahının yerləşdirilməsi ilə bağlı iddiaları da nəzərə alır.
Bu barədə "Rosbalt"a istinadla xəbər verir.
O qeyd edib ki, Amerika tərəfi NATO qüvvələrinin yerləşdirilməsi və şərq cinahında təchizat və sursat yerləşdirilməsi məsələsini diqqətlə nəzərdən keçirir.
Daha əvvəl Belarus müdafiə nazirinin köməkçisi, general-mayor Leonid Kasinski bildirmişdi ki, "Vaqner”in nümayəndələri Mogilyov vilayətinin Osipoviç şəhəri yaxınlığındakı çadır şəhərciyində şirkət döyüşçülərinin mümkün yerlərini yoxlamaq üçün hələ gəlməyiblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da qeyd edib ki, Kremldə "Vaqner”in sahibi Yevgeni Priqojinin harada olması barədə məlumat yoxdur.