ABŞ vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

ABŞ vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

23-08-2022 17:11 / Bu xəbər 1008 dəfə oxundu

Rusiya yaxın vaxtlarda Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirməyi planlaşdırır.

"Reuters” ABŞ kəfiyyatına istinadən belə məlumat yayıb.

Bildirilir ki, yaxın günlərdə dinc ukraynalılar üçün təhlükə yaranıb: "Rusiyanın yaxın günlərdə Ukraynada mülki infrastruktura və dövlət obyektlərinə zərbələr endirmək üçün səylərini gücləndirəcəyinə dair məlumatımız var. Rusiyanın Ukraynadakı təcrübəsini nəzərə alaraq, biz Moskvanın zərbələrinin mülki əhali və mülki infrastruktura yaratdığı təhlükənin davam etməsindən narahatıq”.

ABŞ-ın Ukraynadakı səfirliyi ölkə vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.

Səfirlik amerikalıları Ukraynanı təhlükəsiz olduğu halda yerüstü nəqliyyat vasitələri ilə tərk etməyə çağırış edib.

Səfirliyin yaydığı məlumatda belə deyilir ki, Dövlət Departamenti Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və hökumət obyektlərinə raket zərbələrinin sayını artıracağı ilə bağlı məlumat alıb: "Rusiyanın zərbələri Ukraynanın dinc sakinləri və mülki infrastrukturu üçün daim təhlükə törədir”.

Ukrayna mediası Prezident Volodimir Zelenskinin bu barədə xəbərdarlıq etdiyini xatırladıb: "Rusiya "xüsusilə qəddar” bir şey etməyə cəhd edə bilər”.

Eyni zamanda, ukraynalılara avqustun 23-24-də Rusiyadan yüksək raket zərbələri təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Həmin günlərdə Ukraynada Bayraq Günü və Müstəqillik Günü qeyd olunacaq.

Milli Təhlükəsizlik və Müdafiə Şurası da Rusiyanın Müstəqillik Günü və Zelenskiyə qarşı təxribatlar hazırladığını bəyan edib.