ABŞ vətəndaşlarını İraqı təcili tərk etməyə çağırdı
03-01-2020 14:07 / Bu xəbər 1144 dəfə oxundu
ABŞ Dövlət Departamenti vətəndaşlarına İraqı dərhal tərk etmələri ilə bağlı çağırış edib.
Bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
Məlumatına görə, İraqda və regionda gərginliyin artması ilə bağlı ABŞ vətəndaşlarına müraciət edilib.
Cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.












