Abşeron Logistika Mərkəzində yoxlamalar aparılır? (YENİLƏNİB)

Abşeron Logistika Mərkəzində yoxlamalar aparılır? (YENİLƏNİB)

27-07-2022 02:26 / Bu xəbər 1050 dəfə oxundu

Dövlət Təhlükəsizlik Xidmətinin Gömrük Komitəsində apardığı əməliyyatdan bir aydan çox zaman ötsə də, hələ də Komitənin fəaliyyəti ciddi təftiş olunmaqdadır. 
 
Bu barədə Qlobal.az məlumat yayıb.

Bildirilir ki, bir neçə qurum tərəfindən fəaliyyəti ciddi təftiş olunan müəssisələrdən biri də Abşeron Logistika Mərkəzidir. 

Yoxlamaya səbəb Abşeron Logistika Mərkəzinin törəmə şirkətlərindən olan "Absheron Contaıner" və "Milli Broker" şirkətlərinin fəaliyyətində olan şübhəli məqamlardır. 
 
İddialara görə, bu təşkilatlar gömrük rəsmiləşdirilməsi, bəyannamələrin tərtibi və idxal-ixrac əməliyyatlarında saxtakarlığa yol veriblər. 
 

Ziya Ağayev
 
Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevdir. 
 
Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlayıb. 
 

Əbülfəz Məlikov
 
Bu gün yerli mediada yayılan xəbərlərə görə Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin ölkədən çıxışına "stop" qoyulub. 

Digər bir məlumatda isə ölkədən çıxışına qadağa qoyulan şəxslərin arasında broker fəaliyyəti ilə məşğul olan bir neçə şirkətin rəhbərləri də var. 

Uzun illərdir ki, Azərbaycanda Gömrük sistemində "broker" monopoliyasına rəhbərlik edən Əbülfəz Məlikovun da ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
 
DTX-nin Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı Dövlət Gömrük Komitəsi yanında "Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Ehtiram Xəlilov və Gömrük Xidmətinin əməliyyat və istintaq baş idarəsinin rəisi Məsum Rəsulov həbs ediliblər. 
 
Abşeron Logistika Mərkəzindən "Arqument.Az"a bildiriblər ki, xəbər həqiqətəuyğun deyil: "Mərkəzimizdə hər hansı yoxlamalar aparılmır və adını qeyd etdiyiniz şirkətlərin fəaliyyətlərində də heç bir qanun pozuntuları yoxdur".