“Absheron-M” şirkəti 2 milyona yaxın vergi borcunu ödəmir

“Absheron-M” şirkəti 2 milyona yaxın vergi borcunu ödəmir

10-02-2022 13:25 / Bu xəbər 990 dəfə oxundu

Bakıda böyük tikinti şirkətlərindən biri "Absheron-M”lə bağlı məhkəmə prosesi başa çatıb.

"Kriminalqafqaz” xəbər verir ki, şirkətin külli miqdarda vergi borcu olduğuna görə Dövlət Vergi Xidməti yanında Bakı şəhər Lokal gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

İddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb və şikayət təmin edilib.

İnternet Vergi İdarəsinin məlumatlarına əsasən, "Absheron-M” şirkətinin hazırki vergi borcu 1 milyon 939 min manatdır.

Bir müddət öncə "Absheron-M” şirkəti Yeni Günəşli qəsəbəsində ağacların kəsilərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi ilə gündəmə gəlmişdi. 

Şirkətin icraçı direktoru Sənan Rəhimov isə bu iddiaları təkzib etmişdi.

Kommersiya qurumlarının dövlət reyestrində isə "Absheron-M” MMC Ramil Ağayev adlı sahibkarın adına rəsmi qeydiyyatdan keçirilib.