Ağcabədidə qumbara partladı, bir ailənin 5 üzvü öldü

Ağcabədidə qumbara partladı, bir ailənin 5 üzvü öldü

31-01-2025 19:16 / Bu xəbər 116 dəfə oxundu

İki nəfərin yaralandığı bildirilir

Yanvarın 31-də Ağcabədinin Hindarx qəsəbəsində yerləşən evlərdən birində qumbara partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Baş Prokurorluğun məlumatına görə, azyaşlı uşaq qəsəbə ərazisində oynayan zaman qumbara tapıb. 

O, qumbaranı evə gətirərək, ailə üzvlərinə verəndə qumbara açılıb və partlayış baş verib.

Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.