Adı Azərbaycanla bağlı “landromat”larda keçən bank rəhbəri intihar etdi

Adı Azərbaycanla bağlı “landromat”larda keçən bank rəhbəri intihar etdi

25-09-2019 18:19 / Bu xəbər 998 dəfə oxundu

"Danske Bank”ın keçmiş rəhbəri intihar edib

"Danske Bank”ın Estoniyadakı filalının keçmiş rəhbəri Aivar Rehe intihar edib.

BBC İngiltərə xidmətinin verdiyi məlumata görə, bazar ertəsindən bəri itkin düşən keçmiş rəhbər Aivar Reheni, polis bu gün Tallindəki evinin bağçasında ölü vəziyyətdə tapıb.

Estoniya polisindən verilən məlumata görə, keçmiş bank rəhbərinin evində və cəsədi üzərində yoxlama aparılıb. Lakin heç bir zorakılıq əlaməti tapılmayıb.

Polisin bazar ertəsi günü etdiyi çıxışda isə keçmiş bank rəhbərinin həyatı üçün narahat olduqları bildirilib. Lakin Rehenin həyatı üçün təhlükəli olacaq başqa bir şəxsdən şübhələnmədikləri də əlavə edilib.

Aivar Rehe çirkli pulların yuyulması ilə bağlı davam edən istintaqın şahidi idi. Lakin məhkəmədə şübhəli qismində çıxış etmirdi.

Bank 2007 və 2015-ci illər arasında Estoniya filialı vasitəsilə ödənilən təxminən 200 milyard avro (177 milyard dollar) ilə bağlı bir sıra ölkələrdə araşdırma aparır. Aivar Rehe bu müddət ərzində "Danske Bank”ın Estoniya filialına rəhbərlik edib. 

Bank şübhəli ödənişlərlə əlaqədar İngiltərə, Danimarka, Estoniya və ABŞ da daxil olmaqla bir sıra ölkədə araşdırma aparır.

Əsas qalmaqal isə Rusiya, Azərbaycan və Moldovadan axan pullarla bağlı olub. Bank Azərbaycandan tranş edilən 2,5 milyard avro ilə bağlı sənədləri Danimarkanın "Berlingske” qəzetinə sızdırıb. 

Daha sonra bu məlumatlar Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) ilə birgə hazırlanan "Azərbaycanın pulyuyan maşını”adlı yeni araşdırmada dərc olunub.

2018-ci ildə Danimarka Mərkəzi Bankının baş direktoru Tomas Borgen, aparılan istintaqdan sonra istefa verib.

Daha sonra fevralda Estoniya hökumətinin tələbi ilə "Danske Bankın Estoniya filialı 2019-cu ilin sonuna qədər bağlanıb. 

Uğur Fərzəli
Toplum.Tv