Adı korrupsiya araşdırmalarında keçən daha bir məmurun nazir gətiriləcəyi deyilir

Adı korrupsiya araşdırmalarında keçən daha bir məmurun nazir gətiriləcəyi deyilir

28-10-2019 13:13 / Bu xəbər 1391 dəfə oxundu

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanovun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunması ilə bağlı iddialar səsləndirilir. 

Bu barədə demokrat.az məlumat yayıb.

Belə ki, bu həftə ərzində Cavid Qurbanovun nazir təyin olunacağı bildirilir. Hətta "Azərbaycan Dəmir Yolları”nın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdiriləcəyi də gözlənilir.

Qeyd edək ki, Azərbaycanda adı korrupsiyada hallanan məmurlardan biri də Cavid Qurbanovdur. Onun korrupsiya əməlləri barədə həm yerli, həm də beynəlxalq araşdırmaçıların yazıları yayılıb. 

Cavid Qurbanov isə bu məlumatları təkzib etməyib.