Ağdamda silah-sursat partlayıb: bir nəfərin öldüyü bildirilir

Ağdamda silah-sursat partlayıb: bir nəfərin öldüyü bildirilir

12-05-2022 18:43 / Bu xəbər 1966 dəfə oxundu

"Rəşad Bəxtiyarov çoxsaylı qəlpə yarası alıb”

Mayın 12-də Ağdam sakini Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində öldüyü bildirilir.

1982-ci il təvəllüdlü R.Bəxtiyarovun Çəmənli kəndində təsərrüfatla məşğul olduğu qeyd edilib.

Bu barədə rayon prokurorluğu məlumat yayıb.

Prokurorluq bildirib ki, R.Bəxtiyarov silah-sursatın partlaması nəticəsində xəsarət alıb və hadisə yerində ölüb.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparıldığı vurğulanıb.