Ağdamın işğalından 26 il ötür

Ağdamın işğalından 26 il ötür

23-07-2019 16:30 / Bu xəbər 758 dəfə oxundu

Bu gün, iyulun 23-ü Azərbaycanın Ağdam rayonunun işğalı günüdür.

Belə ki, 1993-cü il iyulun 23-də Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini Ermənistan Silahlı Qüvvələri işğal edib. 

Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, dünyada 2-ci olan Çörək muzeyi Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılıb.

Ağdam rayonu işğal zamanı döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəman adını alıb. 

İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri məcburi köçkünə çevrilib.///Toplum.tv