Ağdaş sakini: "“Respublikanski”nin yeni rəhbəri “qoçu” saxlayır"

Ağdaş sakini:

07-09-2021 13:27 / Bu xəbər 1133 dəfə oxundu

"Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi dəyişdikdən sonra burada cəngəllik qanunları hökm sürür. Telman İbadovun yerinə Azər İsmayılov təyin olunduqdan sonra xəstəxananın qapısında "qoçu” saxlanılır".

Bunu "Reportyor.info"ya Ağdaş sakini İbrahim Lələyev deyib. 

O bildirib ki, "Respublikanski” kimi tanınan bu xəstəxanada fiziki zorakılıqla üzləşib. Belə ki, xəstə yatan bacısının vəziyyəti ilə bağlı müsahibə verərkən xəstəxananın işçisi jurnalist hücum çəkib, ona müdaxilə edib və mikrofonunu qırıb.

Buna etiraz edən Lələyev də təzyiqlə üzləşib.